Azərbaycan Vaşinqton danışıqlarından imtina edir

16/11/23 8:29

Azərbaycan Vaşinqtonda Ermənistanla danışıqlardan imtina edib.

Xarici İşlər Nazirliyi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa üzrə alt komitəsində keçirilən dinləmələrdə ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayenin səsləndirdiyi birtərəfli və qərəzli fikirlərin səmərəsiz, əsassız və qəbuledilməz olduğunu bildirib.

“Qeyd etmək vacibdir ki, bu şərtlər daxilində biz 20 noyabr 2023-cü il tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşü mümkün hesab etmirik”, – XİN-dən bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir