Azərbaycana qarşı MİNA TERRORU

04/11/23 11:14

“Azərbaycanda 2020-ci il noyabrın 10-dan 2023-cü il noyabrın 3-dək mina partlayışları nəticəsində 50 mülki şəxs həlak olub, 107 mülki şəxs yaralanıb”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” səhifəsində dərc olunan məqaləsində deyilir.

Həmçinin bu müddət ərzində mina partlayışları nəticəsində 15 hərbçi həlak olub, 164 nəfər yaralanıb.

Ümumilikdə qeyd olunan dövr ərzində mina partlayışları nəticəsində 65 nəfər həlak olub, 271 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hikmət Hacıyevin nəşrində qeyd olunur ki, 1991-ci ildən indiyədək Azərbaycanda 3415 nəfər mina qurbanı olub. Onlardan 357-si uşaq və yeniyetmə, 38-i qadın olub.

“Azərbaycanda minaların qurbanları əsasən mülki şəxslərdir. Demək olar ki, hər həftə biz növbəti ölümcül və qanlı mina partlayışının şahidi oluruq”, – deyə qeyd olunur.

Ömər Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir