Azərbaycanı “Evrovision-2017″də bu qız təmsil edəcək

05/12/16 6:11

Dekabrın 5-də «Eurovision-2017» Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.

İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda Münsiflər Heyəti müsabiqədə Azərbaycanı Diana Hacıyevanın təmsil etməsi barədə qərar qəbul edib.

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində doğulub. 2006-cı ildə 16 saylı orta məktəbi, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva «Eurovision-2011»in seçim turlarında iştirak edib.