Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı əlaqə bizim üçün çox vacibdir.

28/12/23 3:40

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov:

▪️Danışıqların bu həlledici mərhələsində, yekun razılaşmadan o qədər də uzaqda olmadığımızda, həqiqətən, nəticəyönümlü hərəkətlərə ehtiyacımız var.

▪️Azərbaycan tərəfi sülh müqaviləsi ilə bağlı təkliflərə İrəvandan cavab gözləyir.

▪️Bakı tərəflər arasında mübahisələrin həlli üçün mexanizm yaratmaq istəyir. Bu, müqavilənin təfsirində hər hansı anlaşılmazlıq və ya fərqlilikləri aradan qaldırmaq üçün yaradılmalı olan ikitərəfli komissiyadır.

▪️Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı əlaqə “milli təhlükəsizlik baxımından, həmçinin Orta Dəhliz çərçivəsində alternativ marşrut kimi bizim üçün çox vacibdir.

▪️Daha çox vaxt itirə bilmərik. Üç il keçsə də, Ermənistan 42 kilometrlik hissənin (Ermənistan ərazisindən keçən – red) texniki-iqtisadi əsaslandırmasına belə başlamayıb.

▪️Biz Ermənistanı onların əvvəllər öhdəsinə götürdüklərini etməyə məcbur edə bilmərik və bu dəhlizi zorla və ya buna bənzər hər hansı bir şəkildə tətbiq etmək üçün işğal edəcəyimizi (Ermənistanı – red) zənn etmək mənasızdır. Ona görə də biz B planı olaraq İrana üz tutduq ki, İrandan keçən avtomobil və dəmir yolu əlaqələri yaradılsın.

▪️Alternativ marşrutun mövcudluğu Ermənistanın öz ərazisindən keçə biləcək marşruta müqavimət göstərməyə davam edərək, “nə qədər itirməli olduğunu başa düşməyə vadar edə bilər”.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir