Azərbaycanın Suriyada və İraqda da çox ciddi maraqları var…

13/04/17 2:46

ABŞ-ın Azərbaycandakı səfiri jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Suriyada dinc təşəbbüslərə dəstək verməlidir.

“Bizim gözləntimiz bundan ibarətdir. Biz istəyirik ki, Suriyada Bəşər Əsədin həyata keçirdiyi siyasətin qarşısının alınmasında Azərbaycan da köməklik etsin”.

Səfirin açıqlamasına Qələndər Müxtarlının münasibətindəki maraqlı məqamları təqdim edirik.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın “Azərbaycan Suriyada bizə kömək etsin” açıqlamasına Elxan Şahinoğlunun münasibətini əsasən qəbul etsəm də bölüşmədiyim ciddi məqamlar var.

Elxan bəylə bölüşmədiyim odur ki, Azərbaycan əlbətddə həm də deyə bilər ki, Azərbaycanın Suriyada, İrakda çox ciddi maraqları var. Suriyada və İraqda Hələb və Ərbildə qırılıb, didərgin salınan 100 minlərlə Türkmən bizim Azərbaycan mənşəli həmvətənlərimizdi. Dünyanın ən narahat, qaynar və insanlıq əleyhinə törədilən cinayətləri bizim ərazilərimizdə, Qarabağda, Hələbdə,Türkmən dağında,Ərbildə bizim millətin yaşadığı yurdlarda baş verir. Kimyəvi silahların tətbiq edildiyi, “Səssiz işğalların” həyata keçirildiyi yurdlar bizim yurdlardır, didərgin salınanlar da bizim yurddaşlardır. Bəli, bizim Suriya və İraqda maraqlarımız var. Suriyada yaşayan 3,6 milyon Türkmələrin təhlükəsizliyi baxımından, İnsanlıq dramının dayandırılması və sair çoxsaylı səbəblər baxımından bizim Suriyada çox ciddi maraqlarımız var. Dağlıq Qarabağa Rusiyanın istisi-soyuğu onsuzda olub. Suriyadan xeyli əvvəl Rusiya bizim ölkəmizin böyük bir hissəsini daş dövrünə qaytarıb. Dağlıq Qarabağın viran edilən ərazisi ilə Suriyada yaşayan həmyerlilərimizin viran olmuş yurdları arasında heç bir fərq yoxdu. Sadəcə deməyə cəsarətimiz çatmır ki, həmin Rus bizim ərazilərimizi Suriyada 20 il əvvəl viran günə qoyub, ordada bizik burdada… Əslində ciddi və geniş düşünəndə deməyə təkcə bizim sözümüz var. Azərbaycana isə bunları demək heç bir ziyan gətirməz, güya bu primitiv həqiqəti, diplomatiyanı, Rusiya bilmir? Dünyanın düzəni biz bütövləşmədən düzəlməyəcək. Bəlkə cənab Robert Sekuta buna görə Azərbaycandan dəstək istəyib…Dünya çox həqiqətləri bizdən yaxşı bilir.

Kamal Əsəd

Transqafqaz.com