AZƏRBAYCANIN ZƏFƏR GÜNÜ.

08/11/23 12:09

Bu gün Azərbaycanda ZƏFƏR GÜNÜDÜR. Azərbaycan xalqının, dövlətinin, millətinin Zəfər Günüdür.

Zəfər Gününün təsis edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı 2020 ci il dekabrın 2-də verilmişdi. Sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Sonradan, bir gün sonra, noyabrın 10-nun Türkiyədə, Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə yeni qərar verdi. Qədim Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq – Zəfər Günü hər il noyabrın 8-də qeyd edilməsi qərara alındı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir