“Artıq bir gün yarımdır ki, erməni əsgərlər Azərbaycan Silahlı Qüvvələri tərəfindən mühasirəyə alınıb”.
Transqafqaz.com xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın “Adekvat” ictimai təşkilatının rəhbəri Artur Danielyan yazıb.
Onun sözlərinə görə, azərbaycanlılar sözügedən müdafiə rayonunun 4-cü bölüyünün komanda-müşahidə məntəqəsini və bu xətdə yerləşən 114-127 nömrəli döyüş mövqelərini mühasirəyə alıblar.
“Bizdə olan məlumatlara görə, söhbət təxminən 60 erməni hərbi qulluqçunun taleyindən gedir. Onlardan biri yaralıdır”, – deyə Danielyan qeyd edib.