Azərbaycan – 1730-cu il alman kartoqrafının xəritəsində

15/09/21 8:43

Alman kartoqrafın 1730 -cu ildə çəktiyi xəritə. Nadir Xanın hələ  hökmdar olmadığı və heç bir şəkildə inzibati islahat aparmadığı bir vaxtda çəkilib.

Azərbaycan türkləri avropoid irqinin kaspi yarımtipinə aiddir. Bu yarım tipi bəzən Oğuz irqi belə adlandırırlar. Təkcə linqvistik baxımdan yox, həm də antropoloji və genetik xüsusiyyətlərinə görə digər türk xalqı olan türkmənlərə çox yaxındır. Bəzi tətqiqatçılar Azərbaycan türklərinin avropoid irqinin kaspi yarımtipinə aid olmalarına baxmayaraq onlarda monqoloidlərin ən qədim sütunlarından biri sayılan poleosibir tipinin elementlərinin belə olmasını iddia edirlər.

Azərbaycan türklərində digər türk xaqlarında, xüsusi ilə kaspi tipinə aid olan xalqlarda olduğu kimi Kiçik Əmgək sümüyü çıxıntıya sahibdir. Türk alimləri bunu “turan çıxıntısı” adlandırır. Erməni və rus antropoloqları bunu beşik və ya digər təsirlə izah etməyə çalışsalarda bu isbat olunmamışdır.

Bu günkü Azərbaycan türklərinin formalaşması prosesi 3 mərhələdən ibarətdir (Burada bir nüansı qeyd etmək yerinə düşərdi ki, bu prosesdə nəinki türk tayfaları, həmçinin regionun digər avtoxton xalqları da önəmli rol oynamışlar):

E.ə. VIII-VII əsrlərdə Şimali Qara dəniz sahillərindən axın edən kimmer, skif, sak tayfaları;

VI-VIII əsrlərdə “xalqların böyük köçü” nəticəsində bölgəyə gələn hun, bulqar, peçeneq, sabir, kəngər və s. türk tayfalarının axını;

XI əsrdə Orta Asiyadan Səlcuqların axını.

Azərbaycan xalqının formalaşması prosesini təsnifləşdirərkən, yaranma prosesində iştirak edən xalqları və tayfaları mənşəyinə görə 3 qrupa ayırmaq lazımdır. Çünki bunlardan birinin yerini o birindən az və ya çox göstərmək düzgün olmazdı. Beləliklə, xalqımızın formalaşması prosesində bir-birindən mənşəcə fərqli üç sistem rol oyanmışdır.

Transqafqaz.com