“Tərəfdaşlarımız bu layihədə səriştəli olduqları üçün planda nəzərdə tutulmuş şəkildə peyk layihəsi davam edir”.
Bu sözləri Rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycanın növbəti peykinin orbitə çıxarılması ilə bağlı işlərdən danışarkən deyib.
“Peykimizin hazırlanması üzrə işlər gedir. Heç bir ləngimə yoxdur”, – deyə nazir müavini əlavə edib.
Onun sözlərinə görə, gözləntilər ondan ibarətdir ki, 2017-ci ildə Azərbaycan növbəti peykini orbitə çıxartsın.