Vatikan da Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb.
Müqəddəs Taxt-tacın yeganə rəsmi nəşri olan L’Osservatore Romano qəzetində “Xristianlığın mənşəyində. Azərbaycanda Alban Apostol Kilsəsinin izi ilə. Qədim Qafqaz Albaniyasına səyahət”.
Məqalənin müəllifi Rossella Fabiani Azərbaycanda xristianlığın tarixi-mədəni irsini ətraflı araşdırıb, qədim Alban Apostol Kilsəsinə və onun region üçün əhəmiyyətinə xüsusi diqqət yetirib. Faktların obyektiv təqdimatı və Qərb oxucuları üçün tarixin az tanınan səhifələrini işıqlandırmaq cəhdi müəllifin üzərinə erməni lobbisinin, onun himayədarlarının qəzəbini tökdü və məqalənin nəşrinə qadağa qoyulmasına cəhdlər oldu.
Məqalədə Qafqazdakı Alban Apostol Kilsəsinin eramızın IV əsrində yaradıldığı göstərilir. Qədim Qafqaz Albaniyasının şimalda dağlardan cənubda Araz çayına, şərqdə Xəzər dənizindən qərbdə Gürcüstanın (o zaman İberiya) sərhədlərinə qədər uzandığı vurğulanır.