Azərbaycan alimləri yenidən Stenford Universitetinin reytinq siyahısına daxil edilib
ABŞ-ın Stenford Universitetinin hazırladığı süni intellekt sahəsində ən nüfuzlu alimlər siyahısında iki azərbaycanlı alim növbəti dəfə yer alıb.
Onlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevdir.
Azərbaycan alimləri süni intellekt sahəsində tədqiqat aparan və məqalələri Scopus bazasında indeksləşdirilən 356 955 nəfər arasından seçilib. Maraqlıdır ki, son illər Stenford Universitetinin Cənubi Qafqaz ölkələri arasında reytinq siyahısına yalnız Azərbaycan alimləri daxil edilib.
Azərbaycan alimləri 2020-ci ildən bəri dördüncü dəfə nüfuzlu siyahıya daxil edilib.