Azərbaycan Bozqurdlarından Novruz, Ergenekon bayramı təbriki…

19/03/18 6:24

Azərbaycan Milliyyətçi Demokrat Partiyasının Təşkilat Komitəsi Azərbaycan və dünya Türklərini Növruz “Ergenekon” bayramı münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Millətləri meydana gətirən təməl prinsiplərdən biri onun maddi, mənəvi və minilliklərdən axıb gələn ictimai dəyərləridir. Biz Azərbaycan Türkləri, zaman-zaman işğalçı, despotik rejimlərin qadağalarına baxmayaraq tarixin ən ağır dönəmlərində belə böyük bir coşğuyla Novruz ,”Egenekon” (Ergene dağ yamaçı, kon yer) bayramını qeyd etmişik. Azərbaycan Türklərinin qeyd etdiyi bu bayrama başqa xalqlar, hətta Türk elləri də tək bizlərin bu bayramı Ergenokon bayramı adlandırdığımıza şəhadət vermişlər.

Millətimiz yazın gəlişilə başlayan bu Ergenekon bayramına:

-İnsanlar arasında qarşılıqlı sevgi və hörmətin çulğalaşdığı gün kimi,

-İnsaların birbirləriylə olan küskünlüklərinin unutduqları, barışdıqları, qardaş olaraq qucaqlaşdıqları, yurtda əminamanlıq, ruzi bərəkər gəltirən gün, bayram kimi,

-Yurtda Milli birlik  və bərabərliyin bir arada yaşamanın qüvvətləndiyi gun kimi.

-Nəhayət Millət olma şüurnun cəmiyyətdə ortaya çıxdığı qüvvətləndiyi gün kimi minilliklərdir qeyd edir.

Bu mübarək diriliş, Ergenekon bayramı münasibətilə Sizləri, Vətəni param-parça, ürəyində Qarabağ boyda dərd daşıyan Azərbaycam Millətini salamlayır, daha mütəşəkkil, daha əzmkar, mübariz olmaqla

Qarabağımızın azadlığına nail olmağımızı diləyirik!

TANRI TÜRKÜ QORUSUN!