🇦🇿🇦🇲 Ermənistan başa düşməlidir ki, sülhün kökləri Vaşinqtonda deyil, regiondadır, – Prezidentin köməkçisi Hikmət Hacıyev.
“Üçüncü tərəfləri bölgəyə cəlb etmək əvəzinə, iki tərəf arasında danışıqları təşviq etmək lazımdır. Ermənistanın təcavüzkar siyasəti nəticəsində qapılar bağlı qalır. Əgər Ermənistan regionda müsbət gündəmlə gündəmə gəlsə, təbii ki, münasibətlər normallaşa bilər”, – deyə prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.