Qelender Muxtarli 1988-ci illərdə biz, BDU da tarix fakultəsində “N.Nərimanovun və Azərbaycan Kommunist Partiyasının tarixin ədalət mühakiməsində” mövzusunda ictimai müzakirəsinin kecirilməsini tələb edirdik. O, vaxt çox hörmət etdiyimiz bəzi müəllimlərimiz buna imkan vermədilər ki, “zamana buraxın” bunları. Sonralar, mənim “Az KP və vətənimizin ərazi bütövlüyü” , kimi yazılarım oldu.O vaxt Senzura həmin yazıların ora-burasın qayçılayıb yararsız hala salmaqla bu yazıların məzmununu demək olar ki dəyişdilər. Amma mən təkrarən bu məsələlərə qayıtmağın, ən azından tarixdə ədalətin bərpasına tərəfdaram. Biz heç olmasa tarixlə bağlı milli problemlərimizi abra salmalıyıq. Məşədi Əzizbəyovu 1918-ci ildə Mart faciəsinin səhəri günü Bakının komendantı olmasına necə dözümlü münasibət bildirə bilərik? Əli Bayramlıya Cumhuriiyətin Paris sülh konfransında ölkəmizi dünya dövlətləri tərəfindən tanınması kimi tarixi bir hadisəyə “Musavat hökməti Rusiyaya xəyanət etməkdə Azərbaycan zəhmətkeşlərini beynəlxalq imperializmə” satmaqda ittiham edən adama necə dözüm nümayiş etdirə bilərik? Bütün bunların nəticəsidir ki, Araz Əlizadə, Əli Bayramlı kimi, bizimlə, tariximizin şərəfli dönüm anları ilə qəsdən təhrifedici xain obrazında danışmağa özlərində çəsarət tapa bilir. Araz Əlizadənin fikirləri ilə Xocalı qətliamında iştirak etmiş “Vartan cəngavərləri”qrupunun rəhbəri olan Babayanın Fransada çap etdirdiyi xatirlərində səsləndirdiyi “Türklər bizi qılıncdan, biz isə Xocalıda Türkləri güllədən və zəhərdən keçirdik” fikirlər arasında ciddi bir rabitə görürəm. Amma bu insanlara, xalqa qarşı etdikləri əməllər müqabilində tarixin ədalətli qiymətini zamanında versəydik, bu gün “toxunulmazlıq” statusu alıb xalqımızın tarixinə hədyanlar söyləyənlər özlərində ən azından o cəsarəti tapa bilməzdilər.