Azərbaycan istehsalı olan 10 ədəd “Revival P” markalı texnika işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunub.
Agentliyə “Made in Azerbaijan” brendi ilə “İmprotex” şirkətinin istehsalı olan daha 10 ədəd “Revival P” mexaniki minatəmizləmə maşını təqdim edilib.
Məlumata görə, piyada və tank əleyhinə minaların aşkarlanması üçün nəzərdə tutulan Revival P 7 kq trotil gücündə partlayışlara davamlıdır.
Maşının ümumi çəkisi 6,5 tondur, pult 2000 metr məsafədə işləyir. Torpağın təmizlənməsi dərinliyi 300 mm olan maşınlar sərt örtüyü olan yerlərdə rahat şəkildə istifadə olunur.