Azərbaycan Milli Demokrat Partiyası təsisçiləri növbəti yığıncaqlarını keçiriblər.
Partiyalar haqqında qanuna əsasən tələb olunan bütün prosedurlara riayət edilib. KAXCP qərargahında keçirilən yığıncağa 60 nəfərədək təsisçi toplaşıb. Təsisçilər Azərbaycan Milli Demokrat Partiyasının yaradılmasına qərar veriblər. Təsisçilər sonradan öz imzalarını notarial qaydada təsdiq etmiş və sənədləri Ədliyyə Nazirliyinin təqdimatına hazırlayıblar.
Məmmədli Ömər