Yanvarın 21-də Danımarkanın “Sərt kurs” partiyasının sədri Rasmus Paludan Türkiyənin İsveçdəki səfirliyinin qarşısında “Qurani-Kərim” kitabını yandırıb, Məhəmməd peyğəmbərin karikaturalarını nümayiş etdirib. Türkiyə dövlətinin bütün xəbərdarlıqlarına baxmayaraq müsəlmanlara müqəddəs dini kitabımız Qurani- kərimin yandırılmas, peygəmbərimizin karikaturasının nümayiş etdirilməsi kimi alçaq əməlləri həyata keçirənlərə qarşı İsveç dövləti “demokratiya” pərdəsi altında əslində şərait yaradıb. Azərbaycan Milliyyətçi Demokrat Partiyası bu alçaq əməli qətiyyətlə pisləyir və günahkarların İsveç höküməti tərəfindən tapılıb cəzalandırılmasını tələb edir.