Azərbaycan Milliyyətçi Demokrat Partiyası Fransa senatının Yuxarı Qarabağı tanımaq istiqamətində təşəbbüslərini pisləyən bəyənat qəbul edib. 

23/11/20 3:29

Azərbaycan Milliyyətçi Demokrat Partiyası Fransa senatının Yuxarı Qarabağı tanımaq istiqamətində təşəbbüslərə dair bəyənat qəbul edib. 

Bəyənatda deyilir!

30 ildir ki, erməni silahlı birləşmələrinin işğalı altında qalan, tarixi və hüquqi baxımdan Azərbaycan ərazisi hesab edilən Qarabağ ərazisi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və digər beynəlxalq hüquqi sənədlərə, normativlərə əsasən azad edilib.
Fransa senatının Yuxarı Qarabağ ərazisində ermənilərə müstəqil dövlər qurumu təsis etmək və tanımaq istiqamətində müzakirələrə başlaması əslində ATƏT-in Minsk qrupunun həmsədirı olan bir dövlətin əsl mahiyyətini bir daha ortaya qoymuş olur. Bu təşəbbüs əslində indiyə qədər Yuxarı Qarabağ münaqişəsinin niyə həll olunmamasının, BMT qətnamələrinin niyə yerinə yetirilməməsinin səbəblərini və mahiyətini dünyaya bir daha nümayiş etdirmiş oldu. Fransa bununla separatizmi dəstəklədiyini, müsəlmanlara, və müsəlman türklərə qarşı tarixin müxtəlif zamanlarında həyata keçirdikləri “Səlib yürüşlərinə” bu gündə “tarixi varislik” etdiklərini aydınlatmış oldu.
Noyabr ayının 25-də Fransa senatı Qarabağdakı qondarma qurumu tanımağı Fransa hökümətinə tövsiyyə etməklə əlaqədar müzakirələr açmazdan əvvəl çox yaxşı olardı ki, Fransa üzərindən Qarabağa göndərilən erməni terrorçularının vaxtıilə törətdiyi “Xocalı faciəsi”ni, işğaldan azad edilən Azərbaycan torpaqlarında ermənilərin törətdiyi vəhşiliklərə nəzər yetirsin.
Bu sənədin əlbətdə hər hansı bir hüquqi-siyasi nəticəsi olmasada, biz mahiyyət etibarilə Fransanın bu addımını, Cənubi Qafqazda təcavüzkarı cilovlamağa deyil, bir terror dövlətini bəsləməyə, şirnikləndirməyə xidmət edəcəyini düşünürük.
Azərbaycan Milliyyətçi Demokrat Partiyası Fransa senatının bu təşəbbüsünü tarixin acı təcürbəsindən dərs almamağın pis bir nümunəsi kimi qəbul edir və qətiyyətlə pisləyir.
Transqafqaz.com

Toğrul Lətifoğlu