Azərbaycan Milliyyətçi Demokrat Partiyasının
Qurultaya hazırlıq üzrə TK-nin
BƏYƏNATI
Azərbaycan Milliyyətçi Demokrat Partiyasının yaranması və formalaşması Azərbaycan dövlətçiliyinin bərpası və vətənin ərazi bütövlüyü uğurunda savaşla bir vaxta təsadüf edir. Azərbaycan Boz Qurd Partiyası, Azərbaycan Milli Demokrat Partiyalarının siyasi ideoloji varisi olan Azərbaycan Milliyyətçi Demokrat Partiyası, vətən torpaqlarının müdafiəsi yolunda Şəhid , Qazi olan vətən oğullarının yadigarı kimi bilinən bir siyasi quruluşdur. Lakin iqtidarın ölkənin siyasi həyatını, siyasi instutlarını iflic edən siyasəti AZ.MDP-nin fəaliyyətindən yan keçməmiş, zaman-zaman Partiya təqiblərə məruz qalmış, hətta bütün partiya rəhbərliyi həbs edilmişdir. Partiyanın bir qolu, iqtidar komandasında təmsil olunan mənfəətçi, bölüçü şəxslərin konyuktur istəklərinin qurbanına çevrilərək parçalanmış, Azərbaycan dövlətinin, Azərbaycan millətinin çıxarlarına, Partiyanın ideoloji məfkurəsinə zidd fəaliyyətlərdə istifadə edilmişdir və edilməkdədir.
Faktiki olaraq Az,MDP-nin siyasi fəaliyyəti 6 ilə yaxındır ki, iflic edilib, qurultaya hazırlıq məsələlərinə məsul olan Təşkilat Komitələri faktiki fəaliyyət göstərməməklə yenə də siyasi konyukturanın istəyinə tabe edilmişdir.
Ölkənin siyasi həyatında baş verən hadisələr, yaranmış narahat dövr, bizlərdən daha təşkilati və dinamik hərəkət, partiya üzvüləri ilə funksional əlaqələrin olduğu bir fəaliyyət tələb edər. Partiyanın TK-də təmsil olunan qurucu şəxləri, uzun illər partiyanın idarəçiliyində rol alan, Partiya funksiyanerləri, Qazilər və Qarabağ savaşının iştirakçıları bu gün, 01 dekabr 2019-cu il tarixində toparlanaraq, Az.MDP-nin Qurultaya hazırlıq üzrə birləşdirici TK –nin yarandığını, Dövlətimizin ərazi bütövlüyünün bərpası, milli çıxarları, demokratiya və ədalət uğurunda mübarizədə digər milli siyasi güclərlə əl-ələ fəaliyyətdə olacağımızı bəyan edirik.
Tanrı Türkü Qorusun!
AZ.MDP-nin Təşkilat Komitəsi
Tğrul Lətifzadə