Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə,
Azərbaycan Milliyyətçi Demokrat Partiyasının
M ÜR A C İ Ə T İ
Hörmətli Ali Baş Komandan!
Azərbaycan dövləti, 2020-ci ilin sentyabrın 27-dən 30 ilə yaxın bir dönəmdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılan Qarabağımızda başlatdığı savaşla dövlətimizin və qəhrəman millətimizin şərəfli adını dünyaca ucaltdı və məhşurlaşdırdı. Ordumuz ortaya düşmənə qarşı XXI əsrdə dünya super dövlətlərinin də heyrətlə izlədiyi bir savaş nümunəsi qoydu. Qəhrəman ordumuz bizi 220- ildən sonra sanki dünyaya yeni bir statusda “döyüşdə bərabəri olmayan” qalib millət kimi təqdim edə bildi.
Müharibənin ilk günündən torpaqlarımızın azad edilməsi üçün 28 il davamlı olaraq “savaş tələbi” duruşunda olan, üzvülərinin əksəriyyətini Qarabağ savaşının Qaziləri olan bir təşkilat olaraq sizə; Ali Baş Komandanımıza yazılı formada müraciət ünvanlayıb Ordumuzun, Millətimizin, Dövlətimizin və Ali Baş Komandanımızın yanında olduğumuzu bəyan etdik. Beləliklə bu savaşda:
Ermənistan dövlət olaraq yenildi. Müharibədə itirən tək dövlət, tək tərəf oldu. Ermənilər layiq olduqları aqibətlə qəhrəman ordumuz tərəfindən“mükafatlandırıldılar”. Ən böyük qəhrəmanlıqları vətən naminə edən igid əsgərlərimiz, itirilmiş ərazilərimizi silah gücünə azad etdi. Ermənilər haqq etdiyi duruma diz üstdə gətirildi, Şəhidlərimizin, Millətimizin qisası alındı. Düşmənlərimizin 200-ildə Silahla davranmağı əlimizdən aldırıb “Siz döyüşə bilmirsiniz” kimi uydurduğu sərsəm fikirlər alt-üst edidi.
Qardaş Türkiyəmizlə birlikdə dünyanın basqısına duruş gətirib qələbəmizi təmin etdik. Cənubi Qafqazın söz sahiblərindən biri olaraq Türkiyəni və Azərbaycanı müzakirələrin fövqünə çıxara bildik. Cənubi Qafqazın geosiyasi mühitinə Türkiyə kürəsəl güc olaraq daxil oldu.
Atəşkəs bəyənatının 9-cu maddəsi, əsasən Türkiyə, Naxçıvandan keçməklə – Zəngəzur üzərindən 5 km-lik ərazi ilə Azərbaycana, buradan da Cənubi Qafqaza və Türküstana gedişi təmin edən qara yolu almış oldu. Azərbaycanımızın digər əraziləri ilə Naxçıvan arasında bağ yaratmaq baxımdan da bu maddənin əhəmiyyəti danılmazdır. Bu anlaşma Azərbaycandan vaxtılə zəbt edilərək alınan Zəngəzuru yenidən dünyanın gündəminə çıxardı. Azərbaycan üzün müddət uğurunda mübarizə apardığı “baza prinsipləri” tam olaraq xeyrimizə həll olundu. Əlavə olaraq Azərbaycan Naxçıvana koridor əldə etdi.
Azərbaycan hərbi əməliyyatlar zamanı bölgədəki əsas strateji yüksəkliklərdə möhkəmləndi. Şuşa şəhərini işğaldan azad etməklə münaqişənin sonraki siyasi tənzimləmə mərhələsində də üstün mövqeyini təmin etmiş oldu.
Təbii ki,, Rusiyanın “sülhməramlı” adı altında münaqişə bölgəsinə daxil olmasını hər birimiz istəməsək də bu proses müasir dünyada yeni geosiyasi konfiqurasiyanın yarandığı və Azərbaycan dövlətinin qüdrətləndiyi, qardaş Türkiyənin kürəsəl gücə çevrildiyi bir vaxda bizim qazandığımız tarixi qələbəyə kölgə sala bilməz.
Az.MDP bu parlaq tarixi qələbə münasibəti ilə Millətimizi, Qəhrəman Ordumuzu, və Ali Baş Komandanımızı ürəkdən təbrik edir, cəbhədə olduğu kimi, olkədə daxili siyasi həmrəyliyi daha möhkəmləndirməklə, danışıqlar masasında da, siyasi müstəvidə də Millət-Dövlət-Ordu birliyinin daha da sarsılmaz olacağını arzu edir.
Azərbaycan Milliyyətçi Demokrat Partiyası
Transqafqaz.com Toğrul Lətifoğlu