❗️Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini artırır
Azərbaycanın 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 6% artaraq 6 milyard 421 milyon 47,42 min manat təşkil edəcək.
Azərbaycan prezidenti İlham Əliyev “2024-cü il dövlət büdcəsi haqqında” qanunu təsdiq edib, sənəd dövlət başçısının saytında dərc olunub.
2024-cü ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin xüsusi çəkisi 17,4 faiz təşkil edir.
2024-cü ilin dövlət büdcəsində silahlı qüvvələrə 2 milyard 465,55 milyon manat, milli təhlükəsizlik xərclərinə 413,4 milyon manat, sərhəd xidməti xərcləri 487,7 milyon manat səviyyəsində nəzərdə tutulub.
Bundan başqa, 2024-cü il üçün xüsusi müdafiə layihələri və tədbirləri üzrə xərclər 3 milyard manat məbləğində nəzərdə tutulub.
Məmmədli Ömər