Azərbaycan Hərbi Hava Qüvvələri Pakistan Aviasiya Kompleksi ilə müqavilə imzalayıb.
Pakistan mətbuatının məlumatına görə, bu müqavilə Asiya ölkəsinin tarixində ən böyük hərbi ixrac müqaviləsidir.
Müqaviləyə JF-17C Blok-III qırıcı təyyarələri, reaktiv təlimçilər və döyüş sursatları daxildir.
Bütövlükdə müqavilənin dəyəri 1,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
JF-17 “4+” nəsil qırıcı hesab edilsə də, döyüş təyyarəsi beşinci nəsil avionika və silahlardan istifadə edir.