Azərbaycan Prezidenti İran Prezidentini ölkəsinə səfərə dəvət edib

02/02/25 11:47

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

“Görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb”, səfirlik X Platformasında qeyd edib.

Dəvətin qəbul edilib-edilməməsi ilə bağlı məlumat verilməyib.

Azərbaycan Prezidentinin köməkçisi fevralın 1-dən İranda səfərdədir. O ölkə prezidenti ilə görüşdən öncə İran Prezidentinin müşaviri Mehdi Sənayi, Hacıyev İran İR Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi, İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Əliəkbər Əhmədianla görüşüb.

Görüşlər zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq, o cümlədən 3+3 formatında, regional və beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət, həmçinin Şimal-Cənub və Ağbənd-Naxçıvan nəqliyyat  layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Bu barədə Haçıyev X Platformasında qeyd edib.

Turan informasiya agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir