Pakistan Xarici İşlər Nazirliyi Əliyevin səfəri və sazişlərin imzalanacağının anonsunu verib.
Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin baş naziri Şahbaz Şərifin dəvəti ilə iyulun 11-12-də Pakistana rəsmi səfər etməyi planlaşdırır.
Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı prezident Əliyev prezident Asif Əli Zərdari və baş nazir Şahbaz Şərif ilə görüşlər keçirəcək.
“Hər iki tərəf ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq doğuran sahələr üzrə geniş müzakirələr aparacaq. Səfər zamanı bir sıra saziş və anlaşma memorandumlarının imzalanması gözlənilir.
Prezident Əliyevin səfəri iki ölkə arasında liderlər səviyyəsində fəal əməkdaşlığı və dialoqu əks etdirir”, – Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.