“Çin və Azərbaycan dövlət başçılarının strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannaməsi iki ölkə arasında münasibətlərin inkişafı tarixində mühüm mərhələdir”, – deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.
O, həmçinin qeyd edib ki, hər iki tərəf qarşılıqlı siyasi dəstəyin daha da gücləndirilməsi, hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən “Bir Kəmər və Yol”un əsas xətt kimi yüksək keyfiyyətli tikintisi və səmərəli əlaqələndirmə yolu ilə strateji tərəfdaşlıq münasibətlərini gücləndirəcək.
Xarici İşlər Nazirliyinin sözçüsü Prezident Si Cinpinin Prezident İlham Əliyevlə sıx təmasda olduğunu və Azərbaycan-Çin münasibətlərinə strateji əhəmiyyət verdiyini bildirib.
Hər iki tərəf suverenlik və ərazi bütövlüyü kimi əsas dövlət maraqları ilə bağlı məsələlərdə bir-birini güclü şəkildə dəstəkləyir.
İkitərəfli ticarətin həcmi bir milyard dolları ötüb.