Emənistanda yalandan uydurulan Erməni soyqırımının 102-cu il dönüşünü münasibətilə anma tədbiri keçirən qruplar, Türkiyə və Azərbaycan bayraqlarını yandırıb.
İrəvanda bu il 17-ci dəfə sözdə soyqırım xatirəsinə təşkil olunan məşəlli yürüşə, Ermənistanın iqtidar partiyası olan Ermənistan Respublikaçılar Partiyasının gənclər təşkilatı ilə yanaşı, Daşnaksütyun partiyası gənclər təşkilatı, Yerkir Tsirani partiyasının üzvləri və Ermənistan işğalı altındakı Dağlıq Qarabağdan və Erməni diasporasından şəxslər iştirak edib.
İrəvanın mərkəzindəki Azadlıq Meydanında başlayan nümayişlərdə nümayişçilər, Türk və Azərbaycan bayraqlarını atəşə verib. Mitinq iki saat sürüb.
Transqafqaz.com
Könül Hacıyeva