Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Xarici İşlər Naziri Jan-İv Le Drianın şərhini pisləyən bəyanat yayıb.
“Fransa Xarici İşlər Naziri Jan-İv Le Drian yanvarın 18-də bu ölkənin Milli Assambleyasında diplomata yaraşmayan bəyanatla çıxış etməsini təəssüflə qeyd edirik. Belə ki, nazir təxribat məqsədi ilə Azərbaycan Prezidentini təhqir etməyə cəhd edən respublikaçı deputat Erik Siottiyə sərt cavab əvəzinə bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin qanunsuz səfərlə bağlı səsləndirdiyi fikirlər Valeri Pekresin Azərbaycan ərazilərinə göndərilməsi “forma və mahiyyət etibarilə qəbuledilməzdir”, – XİN-in bəyanatında deyilir.
“Nazir Le Drianın məsuliyyətsiz və qəbuledilməz şərhi diplomatik ənənəyə ziddir. Təəssüf hissi ilə qeyd edirik ki, dərin dövlətçilik ənənələrinə malik olan Fransanın Xarici İşlər Naziri bunu anlamır”, – deyə Azərbaycan XİN-dən bildirilib.