Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı təsdiq edilib
Azərbaycan Milli Məclisinin iclasında 2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı üçüncü oxunuşda müzakirə edilib.
2024-cü il üçün ölkədə yaşayış minimumu 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilib.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün isə 2024-cü ildə ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilir.
Ömər Məmmədli