
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov:
 ▪️Danışıqların bu həlledici mərhələsində, yekun razılaşmadan o qədər də uzaqda olmadığımızda, həqiqətən, nəticəyönümlü hərəkətlərə ehtiyacımız var.
 ▪️Azərbaycan tərəfi sülh müqaviləsi ilə bağlı təkliflərə İrəvandan cavab gözləyir.
 ▪️Bakı tərəflər arasında mübahisələrin həlli üçün mexanizm yaratmaq istəyir.  Bu, müqavilənin təfsirində hər hansı anlaşılmazlıq və ya fərqlilikləri aradan qaldırmaq üçün yaradılmalı olan ikitərəfli komissiyadır.
 ▪️Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı əlaqə “milli təhlükəsizlik baxımından, həmçinin Orta Dəhliz çərçivəsində alternativ marşrut kimi bizim üçün çox vacibdir.
 ▪️Daha çox vaxt itirə bilmərik.  Üç il keçsə də, Ermənistan 42 kilometrlik hissənin (Ermənistan ərazisindən keçən – red) texniki-iqtisadi əsaslandırmasına belə başlamayıb.
 ▪️Biz Ermənistanı onların əvvəllər öhdəsinə götürdüklərini etməyə məcbur edə bilmərik və bu dəhlizi zorla və ya buna bənzər hər hansı bir şəkildə tətbiq etmək üçün işğal edəcəyimizi (Ermənistanı – red) zənn etmək mənasızdır.  Ona görə də biz B planı olaraq İrana üz tutduq ki, İrandan keçən avtomobil və dəmir yolu əlaqələri yaradılsın.
 ▪️Alternativ marşrutun mövcudluğu Ermənistanın öz ərazisindən keçə biləcək marşruta müqavimət göstərməyə davam edərək, “nə qədər itirməli olduğunu başa düşməyə vadar edə bilər”.
 Məmmədli Ömər 
 
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
 