Azərbaycanlı killer İran xüsusi xidmət orqanlarının sifarişi ilə kimi qətlə yetirməli idi?

30/09/21 9:32

Lefkoşa polisi, qeyd edildiyi kimi, Kiprdə (Yunan Kipr) yaşayan “nüfuzlu iş adamını” öldürmək üçün göndərilən bir azərbaycanlını həbs etdi. Bu barədə in-cyprus.philenews.com portalı   polisdəki mənbələrə istinadən xəbər verir.

Rusiya pasportu olan 38 yaşlı azərbaycanlı, sentyabrın 27-də Bazar ertəsi günü Kiprin Yunan və Türk hissələri arasında Agios Dometios keçid məntəqəsini keçdikdən sonra Lefkoşada saxlanılıb. Polis onu bir neçə gün izlədi. Axtarış zamanı onun avtomobilində səsboğucusu olan tapança və üç mobil telefon aşkarlanıb. Qatilin “sifariş siyahısı” nda 5 nəfər var idi.

İsrail mətbuatı Kipr televiziyasına istinadən bildirir ki, saxlanılan şəxs İran xüsusi xidmət orqanlarının göstərişi ilə israilli bir iş adamını öldürmək üçün adaya göndərilib. Kipr bununla əlaqədar olaraq görünməmiş təhlükəsizlik tədbirləri gördü. Azərbaycanlı qatilin “siyahısına” daxil olan şəxslər dərhal ölkədən qovuldu.

Qatilin təxminən iki həftə əvvəl Rusiyadan Kiprin Larnaka hava limanına uçduğu bildirilir. O həbs olunmazdan əvvəl iki gecəni Famagustada keçirdi.

Adam bir neçə rəsmi şəxslə görüşdə Xarici Kəşfiyyat Xidmətinin diqqətini çəkdi. Qatil diqqəti cəlb etmədən Kiprin Yunan və Türk hissələri arasında hərəkət etməyə çalışdı. Angomi kəndi yaxınlığında elektrikli skuterdən düşüb, kirayəyə götürülmüş maşına əyləşəndə Polis onu saxlayıb.

Hazırda bu şəxsdən ələ keçirilən tapança ballistik müayinədən keçirilir və xüsusi xidmət orqanları onun telefonundan məlumat almağa çalışırlar. Şübhəlinin avtomobilində olan video kameraların yazıları da öyrənirlir. Qeyd olunur ki, onun olduğu ərazidə qatilin siyahısında olan  iş adamının ofisi var.

Killer barəsində seçilmiş həbs qətimkan tədbiri daha 8 gün uzadılıb və məhkəməsi bağlı qapılar arxasında keçirilib. Qatilin istintaqla əməkdaşlıq etməkdən imtina etdiyi qeyd olunur. Onun ortaqlarının ola biləcəyi də bildirilir.

 

Transqafqaz.com