Bu günlərdə Güney Azərbyacanın tanınmış milli-mədəni fəalı, yazıçı və şair Siyamək Mirzayiyə hökm oxunub.
Musavat.com xəbər verir ki, Tehrandakı Gülüstan İnqilab Məhkəməsinin qərarı ilə milli fəala 10 il həbs və 2 il sürgün cəzası verilib.
Qərara əsasən Siyamək Mirzayi 10 il həbs cəzasını çəkdikdən sonra Xorasan əyalətinn güney bölgəsində yerləşən Təbəsdə 2 il sürgün həyatı keçirəcək.
Milli fəal ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq, separatçılıq (Güney Azərbaycan istiqlalı), pantürkizm, təşkilat yaratmaq kimi əməllərdə günahlandırlır.
Siyamək Mirzayi həmçinin Güney Azərbaycan adını istifadə etməkdə, dövlət əleyhinə məqalələr yazmaqda, Məmməd Əmin Rəsulzadə əsərlərini oxumaqda, S.C.Pişəvərini müdafiə etməkdə, İranın federal şəkildə idarə olunmasından yazmaq, dünya türklərinin birliyi düşüncəsini təbliğ etdiyi Güney Azərbaycanın siyasi-ictimai və iqtisadi problemlərini qabartmaqda, 2006-cı ildə Güney Azərbaycan milli qiyamında iştirak etməkdə, 2006-cı ildə şəhid olan milli fəalların məzarlarını ziyarət etməkdə, Babək qalası yürüşlərinə qoşulmaqda, dövlət əleyhinə çıxışlar etməkdə, tanınmış millli fəal Abbas Lisani ilə çox yaxın dostluq münasibətində olmaqda ittiham edilib. Güney Azərbaycan mənbələrində yayılan məlumata görə məhkəmə fəalın evində tapılan kitab və kitabçaların da məhv edilməsinə qərar verib.
Xatırladaq ki, Siyamək Mirzayi ötən ilin iyulub 24-də Güney Azərbaycanın Muğan bölgəsindəki iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
Məqalə Musavat.com saytından götürülmüşdr.
Transqafqaz.com
Mirvari Rza