Azərbaycanlılardan terrorla mübarizədə Ərdoğana dəstək açıqlaması
Almaniyanın Köln şəhərində keçirilən Dünya Azərbaycanlılar Assambleyası forumunun yekun bəyannaməsində, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada sülhün qorunması üçün terrora qarşı mübarizəsi dəstəklənərək, bu məsələdə göstərdiyi səylərdən təriflə bəhs edilib.
Ameron Hotel Regentte gerçekleştirelen və müxtəlif ölkələrdən nümayəndələrin iştirak etdiyi tədbirdə həmçinin, Birləşmiş Millətlər Təşkilatı və (BMT) Almaniyaya da terrorla aktiv şəkildə mübarizə etmək barədə müraciət edilib.
Dünya Azərbaycanlılar Assambleyasının Sədri Rəshad Quliyev,Jurnalistlərə verdiyi açıqlamada, beynəlxalq sahədə fəaliyyət göstərən dərnəklərin məqsədinin Azərbaycan ilə dünya ölkələri arasında diplomatik əlaqənin qurulması, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan Türklərinin milli haqlarına sahib çıxmaq olduğunu bildirib.
Mirvari Rza