Azərbaycan Respublikası “Azərsu” səhmdar cəmiyyətinin sədri Qorxmaz Hüseynov cənablarına
Bakı şəhəri Sabunçu rayonu Zabrat 1. qəsəbəsi,
18 Oktyabr küçəsi 63, 64 , 65 ünvanında yaşayan
Sakinlərin
Müraciəti
Hörmətli Qorxmaz müəllim!
Uzun illərdir ki, bu rayonun Zabrat 1 qəsəbəsinin əhalisi yol, su, kanalizasiya və s. problemlərdən əziyyət çəkir. Nəhayət ötən 8-il bundan əvvəl Zabrat 1 ərazisinə dairəvi kanalizasiya çəkilişi aparıldı. 7-il bundan evvəl isə küçələrin, evlərin həmin ana xətdə qoşulması həyata keçirildi. Lakin 18 oktyabr küçəsi 63, 64, 65 ünvanlarında yaşayan 73- dən artıq evin, ailənin yerləşdiyi hissəyə kanalizasiya çıxıntısı qoysalarda 1,5 km – lik əraziyə Kanalizasiya çəkilişi aparmadılar. Çünki onların əsas niyyəti dövlətin ayırdığı vəsaitin arxasına keçmək idi. Onu da mükəmməl bir şəkildə bacardılar. Biz sakinlər iş icraçısı ilə dəfələrlə görüşüb məsələyə aydınlıq istəsəkdə Arif adlı icraçı bizi əmin etdi ki, işin sonunda bizim küçənin kanalizasiyası çəkiləcək. O vaxt çəkilməməsinə belə aydınlq verdi ki, kiçik tutumu olan Ekskvator başqa küçədə işləyir və sair.
Beləliklə də icraçılar böyük məharətlə 73 ailəni aldadıb Prezident fərmanın “Bakı və ətraf qəsəbələrin sosial-iktisadi inkişafı ” üzrə tapşırıgını “necə icra etdiklərini” sübut etdilər. Bizim 73 ailənin yaşadığı hissə demək olar ki bir kənd qədərdi. Bu insanlar kanalizasiya sistemi olmasdığından quyu qazıb kanalizasiyanı həmin quyulara axıdırlar. Təbii ki,onun yaratdıgı iy, qoxu və digər fəsadlar təsəvür edirləndir. Ən mühümü də ondadır ki bu hadisə Zabrat 1. qəsəbəsində Bakının qulağının dibində baş verir.
Nəhayət bu günlərdə bizim yuxarıda adını qeyd etdiyim küçəyə yenidən ekskvator və digər texnika peyda olu.Düz 8 ildən sonra, əsas odur ki, iş içraçısı da yenə Arifdir. Pul silmək üçün bu dəfə də 1 km –lik yolun 110 metrlik hissəsinə çəkiblər.Deyirlər ki Lahiyədə nə qədər göstəriblərsə biz də o qədər çəkəçəyik. Deməli bu işin müqabilində cəmi 3 ailə yararlana biləcək. Qalan ailələr isə illərlə gözləməlidirlər ki, bu dövlət vəsaitini xərcləmək üçün büdcəni talayanlar daha nə vaxt birdə fürsət, şans veriləcək ki, qalan hissənin də kanalizasiyasını çəkələr.
İndi biz nə edək? Bunun adı nədir? Siz Zabratın sosial-iqtisadi inkişafını beləmi həll etdiniz? Cənab talançılar, lazım deyil sizin gördüyünüz bu iş. Bizə 73 ailənin kanalizasiya sularının axmasını təmin edən xətt lazımdı.Normal qaydada bu işi görə bilirsiz gəlin görün yox əvvəlki kimi pul silgisi üçün gəlmisinizsə camaat bunla barışmayacaq, bilərsiniz…
Böyük ümidlərlə: Sabunçu rayonu Zabrat 1 qəsəbəsi 18 oktyabr 63-64 –ün bir qrup sakinləri:
1.Qələndər Ş.Muxtarov
2.Abbasova Aybəniz R.
3.Teymurov Fəxrəddin H.
4.Ruslan İsgəndərov
5.Hacıyeva Sevda Tahir
6.Feyzullayeva Fərəh Ramiz
7.Əliyeva Qaratel M.
8.Hüseynov Əlibəykişi
9.İsmayılova Rəfiqə M.
10.Aslanov Aslan Teymur
11.Hümbətov Adil Dadaş
12.Məmmədova Raziyə Cəlal
13.Əliyev Şahin Mahis
14.Əsgərov İmran Həsənalı
15.Muxtarova Bahar Şəmil
16.Muxtarov Nahidə Şəmil
17.Muxtarov Zamin Qələndər
18.Xəlilov Aydın Bilal
19.Zeynalov Kamandar Ələmşah
20.Kənani Şahin Bəhrəm
21.Əhmədov Fariz Şükür
22.Cəfərov İlham İsfəndiyar
23.Əhmədov Şükür Pəhləvan
24.Qasımov Əli Abış
25.Qasımova Məyrorə
26.Muxrtarov Məmmədxan Mehdiqulu
27.Xasməmmədov Rüqsarə
28.Şizadova Cəmilə Həsmi
29.Rzayeva Nadejda
30.Nurəliyev Valeh Ağalarəli
31.Əhmədova Samirə Ağalda
32.Vəliyev Xasay Qanbay
33.Klimova Klavdiya Aleksandrovna
34.Cəbrayılov Şükür Mikayılov
35.Hacıyev Vüqar Hacı oğlu
36.Novruzov Novruz Şıxəli
37.Qurbanov Firdovsi Soltan
38.Təhməzov Xasay Fərhad.