Bəşəriyyət tarixinin ən acı rəqəmilərindən biri ortaya çıxdı…

24/12/16 6:03

Avropaya getmək üçün rezin qayıqlarla Aralıq Dənizinə çıxan miqrantlardan suda boğulanların sayı barədə bəşəriyyət tarixinin ən acı rəqəmlərindən biri ortaya çıxdı. Birləşmiş Millətlər (BMT), 2016-cı ildə Avropaya çatmağa çalışan 5- min miqrantın Aralıq Dənizdə boğulduğunu açıqladı. BMT, bu rəqəmin indiyə qədərki ən yüksək illik göstərici olduğunu qeyd edib.

Birləşmiş Millətlər Qaçqınlar Üzrə Ali Komissarlığı, İtaliyada batan iki miqrant katerinin da bu rəqəmə daxil olduğunu bildirib. Qayıqların batması nəticəsində təxminən 100 adamın həyatını itirdiyi təxmin edilir.
BMT, Avropanın köçkünlərin qitəyə etibarlı bir şəkildə gəlməsi üçün hüquqi yolların hazırlanmasının vacibliyini bildirib.
Ötən il Avropaya gedə bilən adamın daha çox olduğu il, bu il isə daha çox adamın suda batan ili olub