Dünya ölkələrində koronavusla bağlı son durum

06/04/20 11:58
Rusiyada bu günə olan məlumata əsasən ötən sutqa ərzində koronovirusa yoluxanların sayı 1000 nəfərə yaxındır. Bununlada Rusiya günlük youxma sayına görə ötən günlərin statistik məlumatlarını arxada qoyub. Rekord həddə yoluxma qeydə alınıb

Bazar günü yoluxma göstəriciləri şənbə günü ilə müqayisədə 146 nəfər az olub.

Almaniya
Almaniya

Ölənlərin sayı isə 184 nəfər artmaqla, 1342 təşkil edib.

Bazar günü İspaniyada virusa yoluxma hallarının azaldığı müşahidə edilib. Bu ölkə ölənlərin sayına görə İtaliyadan sonra ikinci yeri tutur.

Son 24 saat ərzində 809 nəfər həyatını itirib. Bu isə bir gün ərzində 6% artım deməkdir.

İspaniya
İspaniya

İnfeksiyaya yoluxanların sayı 124 736 nfər təşkil edir.

İtaliyanın Səhiyyə Nazirliyi testlərin genişləndiriməsini də nəzərdə tutan yeni ölçülər planını açıqlayıb. Nazirlik bu ölçülərin nə zaman ləğv ediləcəyini deməsinin hələ tez olduğunu bildirərək, yaxın gələcəkdə bəzi məhdudiyyətlərin yüngülləşdiriləcəyini bəyan edib.

İtaliya virusdan ölənlərin sayına görə dünyada birinci yerdədir. Bu ölkədə 15 mindən çox ölüm halı qeydə alınıb.

İtaliya
İtaliya

Birləşmiş Krallıqda koronavirusdan ölənlərin sayı 4934-dür.

195 524 nəfərin testlərdən keçiirlməsi ilə 47 806 nəfərin infeksiyaya yoluxduğu müəyyən edilib.

Fransada 89 953 yoluxma halı təsdiqlənib.

Niderlandda 115 yeni ölüm halı qeydə alınıb. Ölənlərin ümumi sayı 1766 nəfər təşkil edir. 1224 yeni yoluxma halı ilə yoluxanların sayı 17 851 nəfərdir.

Dünyada 1.2 milyon COVID-19-a yoluxanların 25 faizi Amerikanın payına düşür.

30 gün əvvəl koronavirusa ilk yoluxma halı qeydə alınan Nyu-Yorkda artıq 3500 nəfər vəfat edib.

İran
İran

İranda indiyədək 3603 nəfər virusun qurbanına çevrilib. Son 24 saat ərzində 151 adam həyatını itirib.

İslam Respublikasında 58 226 yoluxma faktı qeydə alınıb.

Rusiyada bu günə olan məlumata əsasən ötən sutqa ərzində koronovirusa yoluxanların sayı 1000 nəfərə yaxındır. Bununlada Rusiya günlük youxma sayına görə ötən günlərin statistik məlumatlarını arxada qoyub. Rekord həddə yoluxma qeydə alınıb

(https://www.amerikaninsesi.org/a/d%C3%BCnya-son-durum/5361046.html)

Toğrul Lətifzadə