Binəva xalq acığa düşüb mal-qaranı buraxıb soğannığa ki, heç olmasa inəklər yesin. Onlarda yekə soğanları yeyib düşüblər qarın ağrısına.
Bu cür hadisələrin tüyğan etdiyi Bərdə, Tərtər, Yevlax, Goranboy, Göygöl kimi rayonlar isə Bakıdan daha çox Gəncədən idarə olunur.
Ölkə əhalisinin, kütləvi şəkildə quldur xislətli bankların əsarətinə salınması və onun nəticəsi olaraq müflis edilməsi, manatın məzənnəsinin min bir həngamə ilə dəyərsizləşdirilməsi, bunun müqabilində imkansız səfil edilən xalqa doğru heç bir addımların atılmaması, əksinə hakimiyyətin soyulan çarəsiz qalan əhalinin yanında deyil, bankların yanında durması, Məhkəmələrin də bankların “əlavəsi” rolunda çıxış etməsi kimi hallar, kəndlərdə əhalinin vəziyyətini daha da çətinləşdirib açınacaqlı hala salıb.Əhali əkdiyi soğan, sarımsaq kimi məhsullarını tarladan yığmaq istəmir.
Bərdədə yaşayan qohumlar deyir ki, rayonda vəziyyət çox açınacaqlıdı. Hamı narahatlıq içindədir. Heç kimin sabahla bağlı yaxşı bir nəyəsə ümidi yoxdur. Əhali əsasən söğan və sarımsaq əkib ki, onun gəliri ilə növbəti sezona qədər keçinə bilsin, borc xərcini ödəsin, xüsusən də banklara olan kreditnin bağlaya və bank əsarətindən xilas ola bilsin. Lakin elə şərait yaradılıb ki əksinə əhalinin vəziyyəti dada ağırlaşıb daha da ümidsiz duruma düşüb. Belə ki soğan əkən kəndli 33- 35 -kq -lıq soğan kisəsini bir manata kisəyə yığdırır, hər kisənin 10 qəbiyə ağzı bağlanıb hazır vəziyyətə gətirilir, 10 qəpiyə də həmin bir kisə soğan kamaza yüklənir. (hələ kisənin öz pulunu, ipin kilosuna verilən pulu xırdaçılıq edib bura daxil etmirik). Soğanın toxumuna, əkilməsinə, qulluq edilməsinə, sulanmasına gübrəsinə xülasə ən azından 1-kisə üçün 1 manat 50 qəpiyə qədər xərc çəkilir. Toplam ən azından 2 manat 80 qəpik etdi. Əhali indi sahədən topdan olaraq bir kisə soğanı 1 manat 50 qəpiyə sata bilmir. Binəva xalq acığa düşüb mal-qaranı buraxıb soğannığa ki, heç olmasa inəklər yesin. Onlarda yekə soğanları yeyib düşüblər qarın ağrısına.
Amma bu zəhmət adamlarına soğanı, sarımsağı xaricə çıxarmağa imkan saxlansa, şərait yaradılsa, həm ölkəyə xarici valyuta gələrdi, həm də bədbəxt kəndlininhalı bu günə binəva inəklər də qarın ağrısına düşməzdi.
Bəs niyə millətə bu şərait yaradılmır?
Sadə kənd əhalisi deyir ki, İcra başçıları bu bölgədə əhalini dəfələrlə pambıq əkməyə zorla təşviq etdilər. Əhalinin büdcəyə bağlı kəsiminin sahəsində zorla pambıq əkilməsinə razı salındı. Bir qismininin torpağını hətta sovet dönəmində örüş yeri olmasına baxmayaraq təzədən zorla şumlayıb pambıq əkdilər. Lakin bir qism əhali azad sürətdə öz təsərüüfatında istədiyini əkməyə qərarlı olanda hökümətimizin arxasında durduğu İcra başçıları indiki şəraiti yaradıb həmin insanların nəinki özünü, hətta mal -qarasını da qarın ağrısına salıb rəzil günə qoydular. Deməli əhalinin 76 faizinin gəlirini və vəsaitini bank vasitəsilə somuran hökümət bununla da qane olmur daha irəli gedərək, indi də inzibati yollarla insanların son qəpiyinə qədər alıb səfil gündə yaşamağa məcur etmək yolunu tutublar. Bu cür hadisələrin tüyğan etdiyi Bərdə, Tərtər, Yevlax, Goranboy, Göygöl kimi rayonlar isə Bakıdan daha çox Gəncədən idarə olunur.
Transqafqaz.com