“B planı”: İranla bağlı gizli ABŞ-İsrail danışıqları AMERIKA MEDIASI

23/09/21 10:47

Ötən həftə ABŞ və İsrail Vyanada İranın nüvə razılaşması ilə bağlı danışıqların yenidən başlamaması halında təcili vəziyyət planını müzakirə etmək üçün gizli bir görüş keçirdi.

TASS-ın Axios portalına istinadən verdiyi xəbərə görə, gizli İsrail-Amerika strateji işçi qrupu, yeni İsrail hökuməti hakimiyyətə gəldikdən sonra ilk dəfə toplandı. Videokonfrans formatında keçirilən görüşdə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Jake Sullivan və İsrailli həmkarı Eyal Khulata iştirak etdi.

Qeyd olunur ki, tərəflər İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə danışıqların dalana dirənməsindən narahat olduqlarını ifadə ediblər. İranın nüvə aktivliyinin artmasına xüsusi diqqət yetirildi, bununla əlaqədar olaraq İsrail detalları açıqlanmayan “B Planı” na keçməyin vacibliyini vurğuladı. Eyni zamanda, ABŞ yaxın vaxtlarda danışıqların davam etməyəcəyi təqdirdə İrana qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini bildirib.

Transqafqaz.com