Bakı limanının genişləndirilməsi nəzərdə tutulur

01/02/24 7:21

Yanvarın 29-30-da Brüsseldə keçirilən Avropa və Mərkəzi Asiya arasında dayanıqlı nəqliyyat əlaqələri üzrə Qlobal Gateway İnvestor Forumunda Bakı limanının genişləndirilməsi strategiyası təqdim olunub.

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən məlumat verilib.

Tədbir zamanı QSC-nin əməliyyatlar üzrə baş direktoru Yucin Si infrastruktur bağlantısı mövzusuna toxunaraq, Orta Dəhlizinin səmərəliliyinin və dayanıqlığının artırılmasına yönəlmiş Bakı Limanının genişləndirilməsi strategiyası haqqında məlumat verib.

Forum zamanı iştirakçılar Avropa və beynəlxalq maliyyə institutlarının Orta Dəhliz boyunca dayanıqlı nəqliyyat əlaqələrinin inkişafı üçün maliyyə, texniki dəstək və investisiyalar təmin etmək öhdəliyi barədə mühüm bəyanatla çıxış ediblər. Bu öhdəlik Avropa və Asiya arasında qlobal əlaqəni gücləndirmək məqsədi daşıyır.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir