Bakıda Fransa müstəmləkələrinin birinci qurultayı keçiriləcək

16/07/24 10:35

Bakıda Fransanın müstəmləkə etdiyi ərazilərin müstəqilliyi uğrunda hərəkatların qurultayı keçiriləcək

İyulun 17-18-də Bakıda 15-dən çox siyasi partiya və hərəkat rəhbərlərinin iştirakı ilə Korsika, Melaneziya, Polineziya və Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Karib və Antil adaları qrupunun,  Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə birinci qurultayı keçiriləcək.

Qurultayın keçirilməsi ideyası Fransanın “dənizkənarı ərazilərin” müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiyalara və hərəkatlara məxsusdur.  Hollandiyanın müstəmləkələri olan Bonaire və Saint Martin adalarından üç təşkilat Qurultayın işində fəxri qonaq qismində iştirak edəcək.

İki gün davam edəcək Qurultay iştirakçı partiyalara müstəqillik uğrunda daha mütəşəkkil mübarizə üçün vahid platforma yaratmaqla Fransa müstəmləkəçiliyinə qalib gəlmək üçün nəticəyönümlü səylərin əlaqələndirilməsi yollarını müzakirə etmək imkanı verəcək.  Koloniyaların nümayəndələri öz müqəddəratını təyin etmək uğrunda mübarizədə ən təsirli təcrübə və strategiyaları da müzakirə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir