Bakıda “Kərkük Gecəsi” keçiriləcək

27/11/16 4:18
Noyabrın 30-da saat 14-30-da Bakının Neftçilər metrosunun yaxınlığında yerləşən Xudafərin Şadlıq Sarayında İraq və Suriyada yaşayan türkmən soydaşlarımıza mənəvi dəstək məqsədilə “Kərkük Gecəsi” keçiriləcək.
Bu haqda musavat.com-a son günlər müxtəlif ictimai siyasi təşkilat təmsilçiləri tərəfindən təsis olunan “Kərkük Harayı” soydaşlarımıza yardım kampaniyasının Əlaqələndirmə Mərkəzinin üzvü Tamilla Qulami məlumat verib. T. Qulami bildirib ki, tədbirdə əsasən milli dəyərlərə biganə qalmayan sənətçilər və söz ustalarının çıxışları olacaq. “Biz toplum olaraq, bu gün Türkmənelində, özəlliklə Kərkük və Mosulda baş verənlərə səssiz qala bilmərik. Ona görə də bu gecenin keçirilməsinin vacib olduğunu düşündük. “Kərkük Gecəsi”nə giriş sərbəstdir və arzu edənlər iştirak edə bilərlər. Soydaşlarımızın taleyinə laqeyd olmayan hər kəsi bu gecəyə dəvət edirik”- deyə əlavə edib.
Musavat.com