Cümhuriyyətin 93-cü ildönümü münasibətilə Türkiyənın Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
Əməkdar artist Sevda Ələkbərzadənin canlı ifasında hər iki dövlətin himni səsləndirildikdən sənra səfir Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.
Təbrik məktubunda Prezident R.T.Ərdoğan ölkəsinin istiqlal mübarizəsindən, keçdiyi inkişaf yolundan söz açıb: “Türk xalqının başlatdığı istiklal və istikbal savaşı tarixdə görünməmiş bir qələbə qazanıb. Bu böyük qələbənin ardından 29 oktyabr 1923-cü ildə “Suverenlik qeyri-şərtsiz millətindir” prinsipi meydana gəldi, Türkiyə Respublikası quruldu”. Məktubda Türkiyənin dinamik inkişaf yolunda siyasi, iqtisadi, hərbi və digər sahələrdə böyük addım ataraq regionda, dünyada öz mövqeyini möhkəmləndirdiyi qeyd edilib. Təbrik məktubunda həmçinin, 15 iyul hadisələrinə toxunulub, dövlət çevrilişinin xalqın iradəsi naminə qarşısının alındığı, xalqın dövlətin yanında olduğu vurğulanıb: “Bu gün Türkiyə 15 iyul hadisələrindən sonra daha qərarlı, daha güclü, daha mübariz ölkədir”.
Azərbaycan höküməti adından çıxış edən baş nazirin müavini Əli Əhmədov türkiyə xalqını bayram münasibətilə təbrik edib: “20-ci əsrin əvvəllərində bəşəriyyət tarixində çox güclü bir dövlət yarandı. Mən Cümhuriyyət tarixinin yaranmasını türk xalqının möhtəşəmliyi, vətənsevənliyi, düzlük və ədalət yolundan daim bacarıq, qabiliyyət hesab edirəm. Bu Cümhuriyyətin yaranmasını türk millətinin qəhrəmanlığı , Türkiyənin 100 illər boyu davam edən dövlətçilik ənənəsi və Qazı Mustafa Kamal Atatürkün müdrüklüyünüün sintezi hesab edirəm”. Ə.Əhmədov bildirdi ki, Türkiyə zaman-zaman bütün sınaqlardan üzü ağ çıxıb. Bu gün Türkiyə dedikdə möhtəşəm bir dövlət , vacib, layiqli bir cəmiyyət, dünyanın çox böyük bir ixracatını təsəvvür edir və qəbul ediirk. “Güman edirəm ki Türkiyənin böyük keçmişi, möhtəşəm bu günü, firavan gələcəyi türk cümhuriyyətlərində özünün etibarını qazanıb”. Türkiyə Azərbaycan münasibətlərinə toxunan baş nazirin müavini dedi ki, harda Türkiyə varsa, orda Azərbaycan, harda Azərbaycan varsa, orda Türkiyə var. Türkiyə və Azərbaycan həmişə həyatda, dünyada, ürəkdə bir olub. Bu gün iki dövlət olaraq bir yerdədir.