On bir ayın sultanı olan Müqəddəs Ramazan Bayramı günlərində Bakı Şəhəri, Nizami Rayonu, Bəhruz Nuriyev. 81 ünvanında yaşayan sakinlərə 4 gündü ki, su verilmir. Sakinlər belə bir halın ciddi səbəb olmadan baş verməsini yezidlik, və ya fövqəl güc olan əjdahanın “Azərsu” obrazında təzahür etməsi ilə əlaqələndirirlər. Çünki normalda heç bir səbəb insanları belə müqəddəs bir gündə, min bir məşəqqətlə ömür sürüb ruzisini qordan götürən, yataqxanada yaşayan sakinləri 4 gün süssuz saxlaya bilməzdi. Sakinlər ölkə rəhbərliyini, adiyyatı orqanları məsələyə müdaxilə etməyə çağırırlar.
Hazırladı K.Hacıyeva