Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 103-cü ili

15/09/21 3:54

Bu gün, 15 sentyabr 2021-ci il, 1918-ci ilin mart-aprel aylarında Bakı və ətrafında türk-müsəlman əhalisinin dəhşətli qırğını törətmiş bolşevik və daşnak çetelerinin terrorundan və Bakının azad edilməsindən düz 103 il keçir.

103 il əvvəl Osmanlı hərbçiləri və azərbaycanlı könüllülərdən ibarət 15.000 min Qafqaz İslam Ordusu Osmanlı generalı Nuri Paşanın komandanlığı altında Bakıya daxil olaraq erməni millətçilərindən, ağ zabitlərdən, kazaklardan, ingilislərdən və bolşeviklərdən ibarət 50 minlik birgə işğalçı qüvvələrini darmadağın etdi.

Hərzaman Türk dünyasına qarşı birləşən, fərqli ideologiyaların bu çirkli qarışığı olanlar şəhərdən süpürüldü. Bu, bir ilə yaxın davam edən Bakının bolşevik-daşnak işğalına son qoydu. 1130 türk əsgər və zabiti qardaş türk xalqının azad edilməsi uğrunda canlarını verdi.

Azərbaycan Milliyyətçi Demokrat Partiyasının rəhbərliyi, Bakının Qafqaz İslam Ordusu tərəfindən azad etməsinin 103-cü il dönümü ilə əlaqədar Türk şəhidliyini ziyarət etdilər. Azərbaycan xalqının tarixi taleyində Nuru Paşa komandanlığında  qardas Türk ordusunun oynadığı tarixi rol ehtiramla yad edildi.

Allah şəhidlərimizə rəhmət etsin!

Uca Allah ruhlarını şad etsin!

Transqafqaz.com