Baş separatşı, hərbi cani Araik Arutyunyan – “Qırmızı bazarı unut! Bundan söhbət gedə bilməz…”

07/12/21 10:28

Bunu  hərbi cani Araik Arutyunyan bu qəsəbəyə səfəri zamanı deyib.

Qarabağdakı qanunsuz erməni silahlı dəstələri Qırmızı Bazar qəsəbəsi istiqamətində təxribatlara davam etdirirlər. Dünən saat 21:30 radələrində düşmən yenidən mövqelərimizi atəşə tutub.

Arutyunyan: “Düşmən nəyin bahasına olursa-olsun Qırmızı bazarı (Karmir Şuka) zəbt etmək istəyirdi. Qəhrəmanlarımızın sayəsində kəndi nəzarətdə saxlamağa müvəffəq oldular. Uzun müddət danışıqlar zamanı bu qəsəbənin onlara verilməsinə nail olmağa çalışdılar. Amma biz dedik: “Qırmızı bazarı unut! Bundan söhbət gedə bilməz”. Onun sözlərinə görə, yaxın 3-4 ildə bu qəsəbədə aktiv tikinti aparılacaq. Bunun üçün tikinti qrupları yaradılacaq. Prezident qeyd edib ki, bir-iki həftədən sonra işlərin gedişini şəxsən yoxlayacaq” – deyə Arutyunyan bildirib.

Onun sözlərinə görə, yaxın 3-4 ildə bu qəsəbədə aktiv tikinti aparılacaq. Bunun üçün tikinti qrupları yaradılacaq. Hərbi cani qeyd edib ki, bir-iki həftədən sonra işlərin gedişini şəxsən yoxlayacaq.

Arutyunyan qeyd edib ki, 3 il ərzində Dağlıq Qarabağda məcburi köçkünlərin bütün mənzil problemləri həll edilməlidir.

Qeyd edək ki, son bir həftə ərazində bu istiqamətdə düşmən artıq bir neçə dəfə təxribata əl atıb. Belə ki, ard-arda iki gün Qırımızı Bazar qəsəbəsi istiqamətində mövqelərimiz atəşə tutulub. Ardından isə Qurusu adlanan ərazidəki postumuza hücum edilib. Nəticədə, əsgərimizin əlindən silahını almaq istəyən terrorçu zərərsizləşdirilib.

Görünən odur ki, düşmən dinc oturmaq fikrində deyil. Onlar davamlı olaraq mövqelərimizi atəşə tutmaqla yanaşı, günahı bizim üzərimizə atmaqla özlərini beynəlxaql təşkilatlara “məzlum”, “məsum”, “günahsız” kimi göstərməyə çalışırlar.

Transqafqaz.com