Qardaş Türkiyə siyasi tarixində imza sahibi olan şəxsiyyətlərdən birisi də Alparslan Türkeşdir. Siyasi və hərbi fəaliyyəti ilə seçilən bir müstəsna şəxsiyyət olaraq, Türkiyə tarixində dərin iz sahibidir.
Hərbi xidmətinə kiçik leytenant rütbəsi ilə başlayan Türkeş, polkovnik mənsəbinə qədər yüksəlmişdir.
Siyasi fəaliyyətinə də, millətçilik ideologiyasına əsaslanaraq, 1963 cü ildə Hüzur və Yüksəliş Dərnəyini qurmaq niyyətini açıqlamaqla başladı. Dərnəyin proqramı sonradan Pespublikaçı Kəndli Millət Partiyasının təməl əsasını təşkil etdi. 1965 ci ildə partiyaya qatılan Türkeş, həmin il partiya başqanı seçildi. Elə bu zamandan da Başbuğ elan edildi.
1969 cü ildə isə Milliyyətçi Hərəkət Partiyasını qurdu. 1997 ci ilədək, dünyasını dəyişənədək partiyanın başqanı oldu.
Bu gün Türkiyə millətçilərinin Başbuğunun doğum günüdür.
Ömər Məmmədli