09.02.2021-ci il tarixində “Vətən Naminə Birlik” Partiyasının Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda Təşkilat Komitəsinin üzvləri çıxış edərək respublikanın şəhər və rayonlarında təşkilatlanmanın nəzərdə tutulmuş qaydada həyata keçirildiyini, demək olar ki, ölkənin bütün ərazilərində partiyanın özəklərinin yaradıldığını və ölkədəki ictimai-siyasi vəziyyət barədə fikirlərini bildiriblər.
Toplantının sonunda Təşkilat Komitəsinin sədri Emin Babayev partiyanın Təsis Qurultayının 13 mart 2021-ci ildə keçirilməsini təklif edib. Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub. Dünyada yaranmış “COVİD 19” pandemiyasının təhlükəsi ilə bağlı Təsis Qurultayının onlayn qaydasında olacağı qərara alınıb.
Beləliklə, 13 mart 2021-ci il tarixində saat 12:00 da “Vətən Naminə Birlik” Partiyasının onlayn formatda Təsis Qurultayı keçiriləcək.
“Vətən Naminə Birlik” Partiyasının Təşkilat Komitəsi