Bayden adminstrasiyası Ukrayna strategiyasını dəyişir.

28/12/23 12:16

Bayden administrasiyası Ukrayna strategiyasını “sakit şəkildə” Rusiya üzərində tam qələbəni dəstəkləyən məqsədlərdən, müharibəni bitirmək üçün mümkün danışıqlarda mövqeyini yaxşılaşdırmağa dəyişir – Politico mənbələrə istinadən bildirir

Nəşrin qeyd etdiyi kimi, Vaşinqtonun strategiyasında dəyişikliklər nə ABŞ, nə də Aİ tərəfindən razılaşdırıla bilməyən Ukraynanın gələcək maliyyələşdirilməsinin pozulması təhlükəsi fonunda baş verir. Mənbələr bildiriblər ki, münaqişəyə son qoymaq üçün mümkün danışıqlar indi müəyyən ərazilərin Rusiyaya verilməsi demək olacaq.

“Politico” yazır ki, Ağ Ev və Pentaqonun Rusiya qoşunlarının tamamilə çıxarılmasının zəruriliyi ilə bağlı açıq bəyanatlarına baxmayaraq, pərdə arxasında uğursuz əks-hücum nəticəsində Kiyev qüvvələrinin yenidən yerləşdirilməsi ilə bağlı müzakirələr gedir.

Qərb ölkələri Kiyevə istehkamlar, tikanlı məftillər, tank əleyhinə maneələr və Ukraynanın Belarusla şimal sərhədi boyunca xəndək tikintisi daxil olmaqla laylı müdafiə sistemi qurmağa başlamağı məsləhət görür.

Müdafiəyə bu strateji keçidin böyük hissəsi gələcək danışıqlarda Ukraynanın mövqeyini gücləndirmək məqsədi daşıyır. “Bu, bizim əsas mesajımızdır (müharibə başlayandan bəri) – bu müharibəni yekunda bitirməyin yeganə yolu danışıqlardır” ABŞ prezident administrasiyasının rəsmisi Politico-ya bildirib.

Eyni zamanda, o vurğulayıb ki, indiyədək heç bir danışıqlar aparılmayıb və Birləşmiş Ştatlar hələ də Ukrayna qoşunlarının “daha güclü mövqe tutacağını və ərazini saxlaya biləcəklərini” gözləyir.

Əlavə olaraq onu deyə bilərik ki, bütün bu yazılar məqsədli şəkildə ola bilər. Belə ki, Ukraynaya hərbi yardımın və maliyyənin razılaşdırılması fərqli mənbələrdən, həm də heç bir bildiriş edilmədən ola bilər.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir