Baydenin növbəti addımı – Suriyadan çəkiləcəkmi?

03/10/21 1:15

 

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması Suriyanın şərqindəki ABŞ “kürd terrorçu müttəfiqlərini” (PKK, PYD, YPG) narahat edir. Ağ Ev, əsasını kürd qüvvələri (terrorçular) təşkil edən, “demokratik” epitet ilə kamuflaj olunmuş  qondarma “Suriya Demokratik Qüvvələri” (SDQ) inandırmağa çalışır ki, ABŞ Suriyadan çəkilməyəcəkdir. Ancaq Prezident Co Baydenin ABŞ-ın hərbi əməliyyatlar erasını bitirdiyi bəyanatına güvənmək olarmı? Əgər bu kimi bəyanatların doğruluğuna inanmaq mümkündürsə, o zaman sual yaranır; “Nə üçün ABŞ keçən müddət ərzində PKK, PYD, YPG terroçu təşkilatlarına Suriyaya 20 min TIR silah göndərib?”.

Katolik Qərbin (Xaçlılar) və Pravoslav Rusiyanın “Yeni xaçlı yürüşünü” Cənubi Qafqazda Azərbaycan və Türkiyə bitirdikdən sonra, Suriya kimi önəmli nöqtədən işğalçı Qərbin çıxması inandırıcı görünmür. Çünki, tarix sübut edir ki, işğalçı xaçlılar tam hərbi baxımından məğlubiyyətə uğramayana qədər qırğınlar törətməyə davam edəcəklər.

1990-ci illərdən başlayan İmperialist güclər arasında yeni dünya düzəni uğrunda savaş Cənubi Qafqaz, İrak və Suriyadan başladı. Cənubi Qafqazda imperialistlər:

  1. İşğalçı Ermənistana siyasi-hərbi-iqtisadi yardımlar edərək Azərbaycanın 20 faiz ərazisinin işğal olunmasına nail oldular.

Suriya və İrakda isə:

  1. İraka “kimyəvi silah” bəhanəsilə Saddam iqtidarını “Səhrada fırtına” əməliyyata ilə devirib, sonra edam etdilər;
  2. Katolik Qərbin xüsusi xidmət orqanları İŞİD (DAEŞ) terrorçu təşkilatını yaradaraq İslamı “terrorçu” bir din kimi dünyaya tanıtmaq kimi avantüraya daxil oldular;
  3. İŞİD (DAEŞ) terrorçu təşkilatını “bəhanə” edərək beynəlxalq qırğılar (ABŞ, Rusiya, İran) çetesi Suriyaya qoşun yeritdilər.

Bu Beynəlxalq terrorçu dövlətlərin Sovetler Birliyi dağılandan sonra hər birinin siyasi ambisiyaları və maraqları var idi.

Qafqaz cəbhəsində məğlub olan (Azərbaycan, Türkiyənin mənəvi dəstəyi sayəsində demək olar ki, beynəlxalq imperializmə qalib gəldi) Katolik Qərb, Qafqaz cəbhəsində məğlubiyyətin əvəzini Əsəd rejimi və terorçu PKK, PYD, YPG-ni yedeye almaqla çıxarmağa çalışırlar. Onların hədəfi siyasi-hərbi-iqtisadi qüdrəti artan Türkiyənin (ərəbləri hesabdan silin) və qurulacaq TURANIN qarşısını almaqdır. Bu geopolitik (sürünən III-dünya müharibəsi) savaşda Türkiyə və Azərbaycan vahid cəbhədən çıxış edir, öz mövqelərini sərt masaya qoyurlar. İşğalçıları narahat edən vacib məsələlərdən biri də 2023-ci ildə “Lozanna Anlaşması”nın  bitməsi və dövriyyəyə “Misak-i Millinin” daxil olması faktoru ilə bağlıdır.

Aqressiv anti-türk əhvallı Bayden administrasiyasından fərqli olaraq proqressiv Trump administrasiyası PKK terrorçularına bənzər vədlər verdi, sonra 2019-cu ildə birdən-birə gücünün yarısından çoxunu Suriya və İrakdan geri çəkərək Türkiyəyə yaşıl işıq yandırdı. Türkiyə Silahlı Qüvvələri tərəfindən terrorçu silahlıların məhv etdilməsinə Trump administratiyası haqlı olaraq heç bir reaksiya da vermədi.

ABŞ-ın Suriyanı tərk etmə ehtimalı nədən ola bilər?

Burada bir neçə ehtimal üzərində dayanmaq olar:

  1. Kürd terrorçuları verdiyi silahların əminliyindən;

2.Terrorçulara gələcəkdə lojistik, kəşfiyyat, kosmik-kəşfiyyat və beynəlxalq dəstək verəcəyindən;

  1. Suriyada “qara işlərin” görülməsini Rusiyaya ötürməsindən;
  2. Suriyada Türkiyə və Rusiyanı qarşı-qarşıya gətirməkdən;
  3. Sünnü-şiə qarşıdurmasının sönməməsinə imkan verməməkdən ibarət ola bilər.

Əfqanıstanı tərk edən ABŞ, Avstraliya, İngiltərə ilə üçtərəfli müdafiə ittifaqını (AUKUS) qurmaq niyyətindədir. Bayden Uzaq Şərqdə əsas xarici siyasət məqsədinin Çinin durdurulmasını olduğunu nümayiş etdirir. Bu, Əfqanıstan və bəlkə də Suriya kimi ölkələrdə terrorla bağlı müharibələrdə iştirakın dayandırılması deməkdir.

Baydenin heç vaxt Suriyaya böyük marağı olmayıb. Barak Obamanın dövründə İŞİD-ə qarşı kampaniya təsdiqlənəndə, vitse-prezident kimi Bayden münaqişədə daha geniş iştirak etməyi dəstəkləmirdi. Onun SAR prezidenti Bəşər Əsədlə bağlı daha mülayim mövqe tuta biləcəyini göstərən bütün əlamətlər artıq var. Bu yaxınlarda, Bayden, Sezar Qanunu olaraq adlandırılan ABŞ-ın Misir, İordaniya, Suriya və Livanın qaz anlaşmasını sanksiyalarından azad etdi. Amerika qoşunlarının Suriya hökumətinin neftə çıxışının qarşısını almaq üçün üçün Suriyanın şərqində saxlaması ehtimal ki, əvvəlki kimi motivasiyaedici deyil.

Yenə də Suriya Demokratik Qüvvələri (PKK, PYD, YPG özlərini bu cür adlandırırlar) üçün hər şey itirilmir. Birincisi, Bayden Əfqanıstanda açıq –saçıq oldu, qoşunların çıxması qərarını təsdiqlədi. Amma Suriyada terrorçu “müttəfiqlərini” buraxaraq Suriyadan çıxmasını daha çox tənqid olunacağından qorxur. Təkcə bu, Baydenin Suriyanı tərk etmək istəyi, Əfqanıstanda məsələlər sakitləşəndən sonra mümkün olacağını göstərir.

İkincisi, Suriyadakı əməliyyat Əfqanıstandakı əməliyyatdan qat-qat ucuzdur. ABŞ-ın 2018-ci ildə Əfqanıstanda 15.000 əsgəri olduğu və geri çəkilmədən əvvəl 4.000-ə düşdüyü halda, Suriyada “SDQ”-ni dəstəkləyən cəmi 900 əsgəri var. Bundan əlavə, İŞİD xilafəti böyük ölçüdə “məhv” edildikdən sonra Suriya hazırda aktiv bir müharibə teatrı yoxdur. Buna görə də Amerika itkiləri azdır və Baydenin ölkədən çıxması üçün daha az daxili təzyiqlə üzləşər.

Beynəlxalq bir başqa ölçü də var. Əsas regional müttəfiqlər, xüsusilə İsrail və Səudiyyə Ərəbistanı, ABŞ-ın İranın Suriyada işğalına qarşı olmaq üçün Suriyanın şərqində qalmasını istəyir. ABŞ-ın digər müttəfiqi Türkiyə amerikalıların Suriya Ərəb Respublikasından çıxmasında maraqlıdır.

Hal-hazırda, Bayden ayrılmaq istəsə də, ani bir qərar üçün praktik olaraq heç bir daxili və ya xarici stimul yoxdur. Ancaq vəziyyət dəyişə bilər. Xüsusilə, Türkiyə ilə Rusiya arasında Suriyada əlaqələrin dinamikası önəmlidir və Əfqanıstanda baş verən hadisələr hələ də öz təsirini göstərə bilər.

Türkiyənin haqlı davranışları Rusiyanı da bir işğalçı kimi narahat edir. Rusiya “SDQ”-nə tərəf reverans etməklə Türkiyənin fəaliyyətini məhdudlaşdırmaq istəyir. Ankara, ehtimal ki, Əsəd, “SDQ” və Rusiya arasında bağlanan müqaviləyə qarşı çıxmayacaq. ABŞ-ın Əfqanıstandan çəkilməsi Rusiya və Türkiyənin Suriyada istədiklərini əldə etmə şansını artırdı.

Ağ Ev dərhal Suriyanın şərqini tərk etməyi planlaşdırmasa və bu mövzuda çox təzyiq hiss etməsə belə, Rusiya və Türkiyə öz məqsədlərinə çatmaq üçün Əfqanıstandan geri çəkilməsi nəticələrindən istifadə etməyə çalışacaq ki, bu da Amerikanın geri çəkilməsini sürətləndirə bilər.

 

Vahidov Qurban. Araşdırmaçı – analitik