ABŞ-ın bölgədə yürütdüyü siyasət yadıma Hacı dayının müharibədə geri qaçınca dediyi: «Geri çəkilirəm ki, «razqom» (sürət) götürüm». Baydenin öz qaçmağı bir yana, hələ üstəlik Zelenskini də Kiyevdən qaçmağa təhrik etməsi beynəlxalq aləmdə ikrahla qarşılandı və bit yumor kimi qəbul olundu.
Ukraynanın lideri Vladimir Zelenski hər gün ölkəyə “Rusiyanın işğalı” təhlükəsi haqqında danışan Amerika siyasətçilərinə və mediasına qəzəblidir. Bunu UkrLife-ın efirində prezident aparatının keçmiş müşaviri Aleksiy Aretoviç deyib.
“Zelenski açıq-aydın əsəbləşib, müdafiə naziri Reznikov açıq-aydın əsəbiləşib, “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamia açıq mətnlə deyir: “Siz öz qorxularınızdan bezmisiniz, sizin nağıllarınız sayəsində 12,5 milyard Ukraynadan uçub getdi. Boş-boş danışmağı dayandırın. Kəşfiyyatımız şok qrupların yaradılmasını görmür və hücuma keçid üçün hazırlıq görmür”, — keçmiş məmur bildirib.
Onun sözlərinə görə, indi respublikanın tarixində ən kritik məqamdır, çünki o, ilk növbədə Qərb tərəfdaşlarından əsl müstəqillik məsələsi ilə üzləşir. Aretoviçin fikrincə, əslində ABŞ Ukraynaya həqiqətən kömək etmək fikrində deyil və ondan Rusiyaya təzyiq aləti kimi istifadə edir ki, Çinlə özü üçün daha sərfəli şərtlərlə danışıqlar aparsın.