Beynəlxalq Cinayət Məhkəməsinin mütəxəssislər qrupu mümkün hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya gedib. BCM-nin prokuroru Kərim Xan bildirib, RİA Novosti xəbər verir.
Kərim Xan Reuters agentliyinə “Dünən mən bir komanda yaratdım və bu gün onlar bölgəyə gedirlər” bildirib.
Xanın sözlərinə görə, onun ofisi mümkün müharibə cinayətlərini, insanlığa qarşı cinayətləri və münaqişə tərəflərinin törətmiş ola biləcəyi soyqırım aktlarını araşdıracaq.